» » Mingəçevirdə yanğın hadisəsi baş verib

Mingəçevirdə yanğın hadisəsi baş verib

Mingəçevirdə yanğın hadisəsi baş verib
Mingəçevir şəhərində başlayan yanğının söndürülməsi prosesi davam etdirilir. Hadisə bu gün axşam saat 22:30 radələrində şəhərin Mingəçevir kəndinin Günəş küçəsində Mehralı Bayramovun həyətində qeydə alınıb. Vətəndaşa məxsus mal-qara tövləsində baş verən yanğının söndürülməsi üçün əraziyə FHN-nin Mingəçevir Dövlət Yanğından Mühafizə Hissəsinin şəxsi heyəti cəlb olub. Yanğın böyük ərazini əhatə etdiyi üçün və yaxınlıqdakı evlər və yardımçı tikililərin yanmaq təhlükəsi olduğu üçün əraziyə 4 yanğınsöndürən avtomobil cəlb olunub. Hazırda yanğının söndürülməsi üçün işlər davam etdirilir. Yanğın zamanı tövlədə mal-qaranın olduğu və ev sahibinə xeyli ziyan dəydiyi bildirilir. Hadisə zamanı xəsarət alan olmayıb.
Yanğının hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil. Faktla bağlı araşdırma aparılır.

Djb.az Esmira Hidayətova
Oxşar xəbərlər
«    Yanvar 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031