» » Bakıda təcili yardımın həkimi döyüldü

Bakıda təcili yardımın həkimi döyüldü

Bakıda təcili yardımın həkimi döyüldü
5 saylı Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkimi, 48 yaşlı Fəridə Məmmədova polisə müraciət edərək bildirib ki, yardıma getdiyi xəstənin yaxını tərəfindən döyülüb. Həkim qeyd edib ki, növbətçi olduğu vaxt Səttar Bəhlulzadə küçəsi 24 ünvanından çağırış daxil olub. O, briqadanın tərkibində ünvana gedib və xəstəyə yardım göstərməyə çalışıb. Bu zaman xəstənin yaxını, 1984-cü il təvəllüdlü Rzayev Zamin İslam oğlu həkimlə mübahisə etməyə başlayıb və tibbi işçisini döyüb.

Xəsarətin dərəcəsinin müəyyənləşdirilməsi üçün ekspertiza təyin edilib.

Faktla bağlı araşdırma aparılır. /oxu.az/
Oxşar xəbərlər
«    Yanvar 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031