» » Qızına aldığı cehizin pulunu ödəməyən qadının şikayəti təmin edilməyib

Qızına aldığı cehizin pulunu ödəməyən qadının şikayəti təmin edilməyib

Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Şöhrət Amanovanın apellyasiya şikayətinə baxılıb.

Verilən məlumata görə, məhkəmə onun şikayətini təmin etməyib.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ş. Amanova 9 il müddətinə azadlıqdan məhrum edilib. İttihama görə, Ş. Amanova bir sıra şəxslərdən qızına cehiz, geyim alıb və pulunu verməyib. Buna görə, onun barəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq ) maddəsi ilə cinayət işi başlanıb.
Oxşar xəbərlər
«    Noyabr 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930