» » Şəkidə 20 yaşlı oğlan qonşusu tərəfindən bıçaqlanıb

Şəkidə 20 yaşlı oğlan qonşusu tərəfindən bıçaqlanıb

Şəkidə 20 yaşlı oğlan qonşusu tərəfindən bıçaqlanıb
Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, Şəki Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində məlum olub ki, rayonun Qoxmuq kənd sakini, 1997-ci il təvəllüdlü Tural Firuz oğlu Qədirovu qonşusu və həmyaşıdı Emil Aqil oğlu Mustafayev bıçaqlayıb. Emil Mustafayev tutularaq istintaqa təhvil verilib. Hadisənin şəxsi münaqişə zəminində baş verdiyi bildirilir.

Qeyd edək ki, iyunun 10-da Qoxmuq kəndində çayxana T. Qədirovu naməlum şəxs küçəyə çağıraraq döydükdən sonra bıçaqlayıb və hadisə yerindən qaçıb.

Faktla bağlı araşdırma aparılır. /apa.az/
Oxşar xəbərlər
«    Dekabr 2017    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031