» » Gədəbəy sakini qohumunu baltalayıb

Gədəbəy sakini qohumunu baltalayıb

  • 27-05-2017, 13:32
  • hadise
  • 170
Gədəbəydə mülk üstündə dava olub, xəsarət alan var.

qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Söyüdlü kəndində qeydə alınıb.

Kənd sakini, 1975-ci il təvəllüdlü Pirverdiyev Natiq Bayram oğlu ilə bacısının yoldaşı arasında baş verən dava zamanı yeznəsi onun baş nahiyəsinə balta ilə iki dəfə zərbə endirib. Xəsarət alan şəxs Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyətinin orta ağır olduğu bildirilir. N . Pirverdiyevin sözlərinə görə, yeznəsi onun evinə gələrək mülkün ona məxsus olduğunu deyərək balta ilə xəsarət yetirib.

Faktla bağlı Gədəbəy rayon Polis şöbəsində araşdırma aparılır.
Oxşar xəbərlər
«    Aralık 2018    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31