» » Bakıda ev yanıb, ev sahibi yanaraq ölüb

Bakıda ev yanıb, ev sahibi yanaraq ölüb

Bakıda ölümlə nəticələnən yanğın hadisəsi qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) verdiyi xəbərə görə, Bakının Pirallahı rayonunda vətəndaşa məxsus ümumi sahəsi 40 m2 olan birmərtəbəli, 3 otaqlı evin 2 otağının yanar konstruksiyaları 20 m2 sahədə yanıb.

Yanğın kəşfiyyatı zamanı ev sahibi, 1941-ci il təvəllüdlü Aginin Oleq Dmitriyeviçin yanmış meyiti aşkar edilib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 02:58-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Oxşar xəbərlər
«    Kasım 2018    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
2627282930