» » Ağsu çayında kişi meyiti tapılıb

Ağsu çayında kişi meyiti tapılıb

Ağsu rayonunda traktor sürücüsünün meyiti tapılıb.Yerli bürosunun xəbərinə görə, Ağsu çayının içərisində daş toplayan fəhlələr orada işləyən traktor sürücüsü, Qaraqaşlı kənd sakini, 1960-cı il təvəllüdlü Allahverdiyev Xudaverdi Qardaşxan oğlunun meyitini tapıblar. Onun cəsədi müayinə üçün Respublika Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Ağsu rayon şöbəsinə göndərilib. X.Allahverdiyevin ölümünün səbəbi ekspertizanın rəyindən sonra bilinəcək.

Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
«    Yanvar 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031