» » Ucar sakini müəmmalı şəkildə bıçaq xəsarəti alıb

Ucar sakini müəmmalı şəkildə bıçaq xəsarəti alıb

Ucar sakini müəmmalı şəkildə bıçaq xəsarəti alıb.
Yerli bürosunun Verdiyi xəbərə görə, ötən gün Ucar şəhər sakini, 22 yaşlı Gülnarə Seyfi qızı Rəhimova bıçaq xəsarəti ilə Ucar Mərkəzi Rayon Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib.

Ağır vəziyyətdə xəstəxanaya gətirilən zərərçəkən dərhal əməliyyat olunub. Xəstəxananın şöbə müdiri Cavanşir Qədirov xəstənin vəziyyətinin normal olduğunu bildirib.

G. Rəhimovanın dediyinə görə, yıxılarkən ehtiyatsızlıq nəticəsində əlində olan bıçaq ona batıb. Bəzi məlumatlara görə, G. Rəhimovanı ailə münaqişəsi zəminində qaynanası Səydə Rəhimova bıçaqlayıb. Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
«    Yanvar 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031