» » Bakıda 40 yaşlı kişi özünü Beynəlxalq Bankın qarşısında yandırmaq istəyib

Bakıda 40 yaşlı kişi özünü Beynəlxalq Bankın qarşısında yandırmaq istəyib

Bakıda intihara cəhd olub.

Nəsimi rayon Polis İdarəsindən verilən məlumata görə, Azərbaycan Beynəlxalq Bankının əsas ofisinin qarşısında əlində bir qab yanacaq olan Bakı şəhər sakini, 1977-ci il təvəllüdlü Emil Natiq oğlu Əliyev özünü yandıracağını bildirib. Hadisə yerinə polis əməkdaşları gəlib. E. Əliyevdə aparılan profilaktiki söhbət nəticəsində onu fikrindən yayındırmaq mümkün olub.

Polisdən verilən məlumata görə, E. Əliyev dələduzluqla üzləşdiyi üçün canına qəsd etmək istəyib. Artıq onun şikayəti əsasında polisdə təhqiqat araşdırmasına başlanıb.
Oxşar xəbərlər
«    Noyabr 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930