» » Ağdaşda məktəbli özünü asıb

Ağdaşda məktəbli özünü asıb

Ağdaş rayonunda intihara cəhd hadisəsi baş verib. Yerli bürosunun xəbərinə görə, hadisə ötən gecə rayonun Cardam kəndində qeydə alınıb. Kənd sakini, 2002-ci il təvəllüdlü Salehov Tunar Bayram oğlu yaşadığı evin həyətindəki yardımçı tikilidə özünü kəndirlə asaraq intihara cəhd edib. Valideynləri hadisədən tez xəbər tutduqları üçün onu xilas edə biliblər. Tunar Salehov ağır vəziyyətdə Ağdaş Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Cardam kənd orta məktəbin 10-cu sinif şagirdi olan T.Salehovun özünə qəsd etməsinin səbəbi hələlik məlum deyil.

Faktla bağlı Ağdaş rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
Oxşar xəbərlər
«    Noyabr 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930