» » Bu il Azərbaycanda 108 nəfər İİV-ə yoluxub

Bu il Azərbaycanda 108 nəfər İİV-ə yoluxub

  • 19-04-2017, 10:16
  • hadise
  • 111
Bu il Azərbaycanda 108 nəfər İİV-ə yoluxub  Bu ilin 3 ayı ərzində Azərbaycanda 108 nəfərdə İİV-ə yoluxma faktı aşkarlanıb.

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupundan verilən məlumata görə, onlardan 107-i (99%) Azərbaycan vətəndaşı, 1-i (1%) isə əcnəbidir.

Ümumilikdə Azərbaycanda ilk dəfə İİV infeksiyasının aşkar olunmuş 1987-ci ildən 01 aprel 2017-cı il tarixinədək Respublika QİÇS-lə Mübarizə Mərkəzində İİV infeksiyası təsdiq olunmuş 6293 nəfər qeydiyyata götürülüb. Onlardan 6086-ı (96,7%) Azərbaycan vətəndaşı, 207-i (3,3%) isə əcnəbidir, İİV-ə yoluxmuş insanların 4649-u (73,8%) kişi, 1644-ü (26,2%) qadındır.

İİV-ə yoluxması təsdiq olunmuş 6293 nəfərdən 2979-da İİV-ə yoluxma inyeksion narkotik istifadəsi (İNİ) nəticəsində baş verib. Onlardan 2190 (74,5%) nəfər dispanser qeydiyyatındadır. 01.04.2017-ci il tarixinə ART-yə cəlb olunmuş İİV-li xəstələrin ümumi sayı 3653 nəfər təşkil edib. Onların da 1677 nəfəri İNİ olub. Cari ilin 3 ay ərzində isə ART-yə cəlb olunan 115 pasiyentdən 24 nəfərində İNİ aşkar edilib.
Oxşar xəbərlər
«    Kasım 2018    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
2627282930