» » Heydər Əliyev prospektində yol qəzası olub, tıxac yaranıb

Heydər Əliyev prospektində yol qəzası olub, tıxac yaranıb

Heydər Əliyev prospektində yol qəzası olub, tıxac yaranıb Bakının Heydər Əliyev prospektində yol-nəqliyyat hadisəsi baş verib.

Verilən xəbərə görə, hadisə Nərimanov rayonu ərazisində Heydər Əliyev prospektinin
Ağa Nemətulla küçəsi ilə kəsişməsindıə qeydə alınıb.

“KİA” və “Mercedes” markalı avtomobillərin toqquşması nəticəsində xəsarət alan olmasa da, hər iki avtomobilə ziyan dəyib.

Bundan başqa, qəzadan sonra Heydər Əliyev prospektində böyük tıxac yaranıb.


Bakı Nəqliyyat Agentliyindən APA-ya prospektdə yaranan tıxacın qəza ilə bağlı olduğu bildirilib.

Baş Dövlət Yol Polisi İdarəsi faktla bağlı araşdırma aparır.
Oxşar xəbərlər
«    Yanvar 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031