» » Lənkəranda baş həkimin evinə basqın edilib: Ölən var

Lənkəranda baş həkimin evinə basqın edilib: Ölən var

  • 26-03-2017, 19:33
  • hadise
  • 248
Lənkəranda baş həkimin evinə basqın edilib: Ölən varLənkəranda Xolmili kəndində evinə basqın zamanı ağır xəsarət alan kənd ambulatoriyasının baş həkimi dünyasını dəyişib.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, ötən həftə 67 yaşlı Xolmili kənd sakini Səfərov Vahab Xalıq oğlu evində naməlum şəxs və ya şəxslərin basqınına məruz qalıb, küt alətlə başına zərbələr endirilib.

Yaxınları tərəfindən Lənkəran rayon Mərkəzi Xəstəxanasına, daha sonra Bakıda klinikalardan birinə aparılıb. Həkimlərin səylərinə baxmayaraq, V. Səfərovun həyatını xilas etmək mümkün olmayıb. V. Səfərov bu gün dünyasını dəyişib və cənazəsi yaşadığı kəndə gətirilib. Mərhum bu gün kənd qəbiristanlığında dəfn olunacaq.

Qeyd edək ki, faktla bağlı Lənkəran şəhər Polis Şöbəsində araşdırmalara başlanıb. Hələlik hadisə ilə bağlı saxlanılan yoxdur.
Oxşar xəbərlər
«    Kasım 2018    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
2627282930