» » Azərbaycanda vərəmdən ölüm halları azalıb

Azərbaycanda vərəmdən ölüm halları azalıb

Azərbaycanda vərəmdən ölüm halları azalıb  Ötən il ölkədə onkoloji xəstəliklərlə xəstələnmə artıb
2016-cı il ərzində Azərbaycanda səhiyyə müəssisələrinə ambulator müraciətlərin sayı 2 faiz artıb.Verilən xəbərə görə, Nazirlər Kabinetinin 2016-cı il üzrə hesabatında qeyd olunub ki, ölkə prezidentinin tapşırığına əsasən, əhalinin profilaktik müayinələri hesabat ilində davam etdirilib. Müayinə olunan 5,3 milyondan artıq əhalinin 3,3 faizində xəstəlik ilkin olaraq aşkar edilib, onların 1,5 faizi dispanser nəzarətinə alınıb, 0,8 faizi isə hospitalizasiya olunub.

Qeyd olunub ki, son 10 ildə talassemiyadan ölüm göstəricisi 5 dəfə azalıb. Hazırda 2800-dən artıq xəstə dövlət proqramı çərçivəsində daimi müalicə alır. Çəlumata görə, ölkədə 218 mindən çox xəstə şəkərli diabet üzrə tədbirlər proqramı çərçivəsində dövlət hesabına dərman və özünənəzarət vasitələri ilə təmin olunur. 90 uşaq isə insulin pompası daşıyıcısıdır.

2016-cı ilin iyunun 1-dən başlayaraq nikaha daxil olmaq istəyən 230 minə yaxın insanın qan nümunəsi müayinə olunub və onların arasında 9892 nəfərdə talassemiya daşıyıcılığı, 147 nəfərdə immunçatışmazlığı virusu, 828 nəfərdə isə siflis aşkar edilib.

Hazırda ölkədə 1500 nəfərdən artıq hemofiliyalı xəstə qeydiyyatdadır.

Qeyd edilib ki, ötən il ölkədə onkoloji xəstəliklərlə xəstələnmə əhalinin hər 100 min nəfərinə nisbətdə keçən ilə (106,9) nisbətən artaraq 108,5-ə çatıb.

Hepatit B və C ilə mübarizə üzrə xüsusi komissiya tərəfindən 2016-cı il ərzində 2648 nəfər xəstə müayinə olunub, onlardan 1766 nəfəri tibbi göstərişə uyğun olaraq pulsuz dərman preparatları ilə uzunmüddətli müalicə kursu alıb.

Bunfan başqa, 2016-cı ildə ilk dəfə vərəm diaqnozu qoyulmuş xəstələrin sayı 2015-ci illə müqayisədə 3,8 faiz, bu xəstəlikdən ölüm halları isə 9,8 faiz azalıb.
Oxşar xəbərlər
«    Yanvar 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031