» » Saxta pul hazırlayan şəxsin şikayəti təmin edilməyib

Saxta pul hazırlayan şəxsin şikayəti təmin edilməyib

Saxta pul hazırlayan şəxsin şikayəti təmin edilməyib  Bakı Apellyasiya Məhkəməsində saxta pul hazırlamaqda təqsirləndirilən Nicat İsmayılovun apellyasiya şikayətinə baxılıb.

Verilən məlumata görə, məhkəmə şikayəti təmin etməyib.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə N. İsmayılov 7 il müddətinə azadlıqdan məhrum edilib. O, apellyasiya şikayəti verərək cəzasının azaldılmasını istəyib.

N. İsmaylov külli miqdarda saxta ABŞ dolları hazırlamaqda təqsirləndirilib. O, Cinayət Məcəlləsinin 204.1 (Satış məqsədi ilə saxta pul, qiymətli dövlət kağızları və ya xarici valyuta, yaxud xarici valyutada ifadə olunan qiymətli kağızları hazırlama, habelə əldə etmə və ya satma) maddəsi ilə ittiham olunub.
Oxşar xəbərlər
«    Noyabr 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930