» » Vəkil Elnarə Tofiqqızının vəfat etdiyi klinikanın sahibinə bəraət istəyib

Vəkil Elnarə Tofiqqızının vəfat etdiyi klinikanın sahibinə bəraət istəyib

  • 27-02-2017, 13:25
  • hadise
  • 110
Vəkil Elnarə Tofiqqızının vəfat etdiyi klinikanın sahibinə bəraət istəyib  Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Medi Sina” klinikasının sahibi, mənimsəmədə təqsirləndirilən Muğdət Həşimovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.


Verilən məlumata görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə M. Həşimovun vəkili Elçin Sadıqov müdafiə nitqi ilə çıxış edib.

O bildirib ki, hüquqlarını müdafiə etdiyi şəxsə böhtan atılıb və ortada heç bir cinayət əməli yoxdur: "Müğdət Həşimov verilən 700 min manat pulun 693 min manatını təsisçilərə verib. Yəni, burada mənimsəmədən söhbət getmir. Eyni zamanda M. Həşimov öz vəsaitindən 40 min manat klinikaya pul ayırıb".


Vəkil M. Həşimova bəraət istəyib.


Təqsirləndirilən şəxs son söz üçün məhkəmədən vaxt istəyib.


Proses martın 2-də davam etdiriləcək.


Qeyd edək ki, prokuror M. Həşimova 11 il həbs cəzası istəyib.


Xatırladaq ki, "Medi Sina” klinikasının sahibi Muğdət Həşimov dələduzluq maddəsi ilə həbs edilib. İttihama görə, o, iş adamı Ramazan Zeynalovun (Hacı Mazan) 163 min manat vəsaitini mənimsəyib. Belə ki, R. Zeynalov müqavilə əsasında klinikanı M. Həşimova icarəyə verib.

Xatırladaq ki, tənqidçi, Bakı Slavyan Universitetinin Yaradıcılıq fakültəsinin dekanı Elnarə Tofiqqızı adı çəkilən klinikada əməliyyat zamanı vəfat etmişdi.

“Medi Sina” klinikasının Səhiyyə Nazirliyindən lisenziya almadığı halda, onkoloji əməliyyatın keçirilməsinə razı olmaqla ölümə şərait yaratdığı əsas gətirilərək, klinikaya qarşı cinayət işinin qaldırılmasına qərar verilib və Baş Prokurorluğa təqdimat göndərilib. “Medi Sina” klinikasının bütün əmlakına həbs qoyulub. Bundan başqa, Ali Məhkəmə zərərçəkən tərəfə mənəvi təzminat ödənilməsi barədə də qərar qəbul edib. Qərara görə, “Medi Sina” klinikası 40, əməliyyatı aparan əsas həkim Mahir Məmmədov 10, anestezioloq Firuz İbrahimov 15, asistent Fərəcullah İdrisov isə 10 min manat cərimələnib. İddiaçı tərəf maddi təzminatla bağlı da məhkəməyə müraciət edib və hazırda Yasamal Rayon Məhkəməsində sözügedən klinikaya və həkimlərə qarşı maddi təzminatla bağlı proses də davam edir.
Oxşar xəbərlər
İnsanlığa qarşı zorakılıq
İnsanlığa qarşı zorakılıq
Müharibənin acı xatirələri canlı şahidlərin gözü ilə Dünyanın abad və gözəlliyini bərbad edən müharibələr olmasaydı, bütün Читать далее
Aydın Ulusoyla baxış bucağı
Aydın Ulusoyla baxış bucağı
SAVADIN QİYMƏTİ NƏ QƏDƏRDİR? XVIII əsrin ikinci yarısı buxar maşınları sənayesində geniş miqyaslı dəyişikliklər ilə yadda Читать далее
Nuray Dənizin maraq otağı silsiləsindən
Nuray Dənizin maraq otağı silsiləsindən
BİZ HARDAN GƏLİRİK VƏ HARA GETMƏLİYİK? Bəzən klassiklərdən birinin məqaləsini, şeirini, hekayəsini paylaşırsan. O dəqiqə bir Читать далее
Xədicə Abdulla araşdırma
Xədicə Abdulla araşdırma
QANDİNİN QƏRİBƏLİKLƏRİ Şiddətsiz inqilab etməyin mümkünlüyünü nümayiş etdirsə də, əslində Mahatma Qandi müqəddəs deyildi. Читать далее
«    İyun 2018    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930