» » Lənkəranda evdə yanğın olub

Lənkəranda evdə yanğın olub

Lənkəranda evdə yanğın olub  Lənkəranda yanğın hadisəsi baş verib.

Cənub bürosunun verdiyi məlumata görə, hadisə Lənkəran şəhərindəki Vaqif Hüseynov küçəsində qeydə alınıb. Yanğın Rəcəb Əhədova məxsus iki mərtəbəli evin mansard hissəsində başlayıb. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Lənkəran Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və xeyli sayda canlı qüvvəsi cəlb olunub. Evin mansard hissəsi 40 kvadratmetr sahədə yanıb.

Yanğının genişlənməsinin qarşısı alınıb.

Fakt araşdırılır.
Oxşar xəbərlər
«    Yanvar 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031