dini radikalizm və ekstremizmlə mübarizə

MİNGƏÇEVİRDƏ NARKOTİK İSTİFADƏ EDƏN DİŞ TEXNİKLƏRİ SAXLANILDI


Mingəçevir şəhər ərazisində yerləşən stomatoloji məntəqədə çalışan diş texniklərinin orada narkotik vasitə qəbul etmələrinə dair məlumat daxil olub.

Djb.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan KONKRET.az–a verilən məlumata görə, polis əməkdaşları həmin obyektə baxış keçirib və orada müştərilərə xidmət göstərən Rəsul Səfərovla Mövlud Hüseynov saxlanılıb.

Tibbi müayinədən keçirilən həmin şəxslərin marixuana qəbul etdikləri məlum olub. Hər iki şəxs barəsində toplanmış materiallar baxılmasından ötrü şəhər məhkəməsinə göndərilib. Məhkəmənin də qərarı ilə barələrində qanunamüvafiq tədbir görülüb.

Polis əməkdaşlarını gördükdən sonra məntəqədən uzaqlaşan bir nəfərin isə tutularaq məsuliyyətə cəlb olunması istiqamətində zəruri tədbirlər davam etdirilir.

Araşdırma zamanı həmin stomatoloji məntəqənin lisenziya olmadan fəaliyyət göstərdiyi aşkarlanıb.

Oxunub: 1 185
Oxşar xəbərlər
SON XƏBƏRLƏR