dini radikalizm və ekstremizmlə mübarizə

Toylarda karantin qaydalarını pozan 2 nəfər cərimələnib

Toylarda karantin qaydalarını pozan 2 nəfər cərimələnib

Yanvarın 5-də Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 83 toy şənliyinin monitorinqini həyata keçirib.

Djb.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, monitorinq 82 şadlıq sarayında, 1 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.
Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 2 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub. 3 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.

Oxunub: 1 110
Oxşar xəbərlər
SON XƏBƏRLƏR