dini radikalizm və ekstremizmlə mübarizə

Qaydanı pozan 90 AA 013 nömrəli "Maybach"la bağlı Yol Polisindən AÇIQLAMA

Qaydanı pozan 90 AA 013 nömrəli "Maybach"la bağlı Yol Polisindən AÇIQLAMA

Qaydanı pozan 90-AA-013 dövlət nömrə nişanlı “Mercedes-Maybach” markalı lüks avtomobillə bağlı DYP açıqlama verib.

Djb.az konkret.az-a istinadən xəbər verir ki, Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli məsələ ilə bağlı Modern.az-a bunları deyib:

“Cəmiyyətimizdə belə bir baxış var ki, AA seriasıdırsa deməli, hansısa nazirliyindir və ya dövlətə məxsusdur. Bu seriyada hüquqi şəxslərdə istifadə edə bilər. AA serialı avtomobillərdə etdiyi qayda pozuntusuna uyğun olaraq qanun qarşısında bərabərdir və tədbirlərdə qanunauyğun görülür. Hazırda elektron və xüsusi texniki qurğularla qayda pozuntuları aşkarlanır. O da nə “AA”-ya nə də “BA”-ya baxır, avtomatik yəni real vaxt rejimində cərimə sistemə ötürülür.

Vətəndaşı hər hansı əməkdaşımız saxlayanda da inzibati protokolu açır və təqdim edir. Heç kimə idarə etdiyi avtomobilin marka, model və nömrə nişanına görə xüsusi güzəşt yoxdur. Üstünlük hüququ var, bu da hamıya məlumdur (operativ nəqliyyat vasitələri).

Bizim üçün bu halda “AA”-və ya BA seriyasının fərqi yoxdur. Qanun və qaydalar hamı üçündür! Yol polisin işi inzibati qayda pozuntusunu aşkarlamaq və qanuni tədbir görməkdir. Cərimə məbləği də 50 və ya 100 manatdırsa, onu ödəmək cərimə edilənin məsuliyyətidir. AA -lar isə o cəriməni hamıdan qabaq ödəyirlər. Hadisələri şəxslər üzərində yox, qanunun tələbi ilə əlaqələndirmək daha doğrudur. Bir sözlə, yol hərəkəti qaydaları hamı üçün qanunla qorunan hüquqi öhdəlikdir. Sürücüləri və hərəkətin bütün iştirakçılatını yol hərəkəti qaydalarına əməl etməyə çağırırıq”.

Oxunub: 2 548
Oxşar xəbərlər
SON XƏBƏRLƏR