dini radikalizm və ekstremizmlə mübarizə

Saatlıda avtomobil velosipeddə olan 2 nəfəri vurub

Saatlıda avtomobil velosipeddə olan 2 nəfəri vurub

Saatlıda velosipedlə hərəkətdə olan əmioğlularını avtomobil vurub.

Djb.az Apa-ya istinadən xəbər verir ki, hadisə Saatlı rayonunun Şirinbəyli kəndində baş verib.

Hərəkətdə olan velosipeddəki Şirinbəyli kənd sakinləri, 2006-cı il təvəllüdlü Məmmədov Aqşin Sahib oğlu və 2007-ci il təvəllüdlü Məmmədov Xəyal Pənah oğlunu “VAZ-2107” markalı avtomobil vurub. Hər iki yeniyetmə müxtəlif xəsarətlərlə Şirvan şəhər xəstəxanasına yerləşdirilib.

Qeyd edək ki, sürücüsü nəqliyyat vasitəsini sərxoş halda idarə edirmiş. Faktla bağlı Saatlı polis şöbəsində araşdırma aparılır.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR