dini radikalizm və ekstremizmlə mübarizə

Ağdam sakininin minaya düşüb ölməsi ilə bağlı cinayət işi açıldı

Ağdam sakininin minaya düşüb ölməsi ilə bağlı cinayət işi açıldı

Ağdam Rayon Prokurorluğu rayon sakininin minaya düşərək ölməsi ilə bağlı məlumat yayıb.

Djb.az xəbər verir ki, Rayon prokurorluğundan KONKRET.az-a verilən məlumata görə, bu gün saat 17 radələrində 1980-ci il təvəllüdlü Ağayev Zaur İsa oğlunun Ağdam rayonunun işğaldan azad edilmiş Tağıbəyli kəndi ərazisində piyada əleyhinə minaya düşməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla Zaur Ağayevin kənd-təsərrüfat fəaliyyəti ilə məşğul olarkən qeyd edilən ərazidə minaya düşməsi nəticəsində ölməsi müəyyən edilmişdir.

Faktla bağlı Ağdam Rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanmışdır.

Hazırda cinayət işi üzrə istintaq davam edir.

Oxunub: 2 551
Oxşar xəbərlər
SON XƏBƏRLƏR