dini radikalizm və ekstremizmlə mübarizə

Abşeronda minik avtomobili yük maşınına çırpılıb, xəsarət alan var

Abşeronda minik avtomobili yük maşınına çırpılıb, xəsarət alan var

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Abşeron rayonu ərazisində “Fiat” markalı minik avtomobilinin “КамАЗ” markalı yük avtomobilinə çırpılması barədə məlumat daxil olub.

Djb.az-ın FHN-in saytına istinadən verdiyi xəbərə görə, hadisə yerinə cəlb olunan FHN-nin Xususi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri müxtəlif xəsarətlər alaraq sıxılı vəziyyətdə qalan sürücünü deformasiyaya uğrayan “Fiat” markalı minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR