dini radikalizm və ekstremizmlə mübarizə

Vidadi Muradov həbsdən AZAD EDİLDİ

Vidadi Muradov həbsdən AZAD EDİLDİ

Vəzifə cinayətlərinə görə məsuliyyətə cəlb edilmiş və işinə məhkəmədə baxılan Vidadi Muradov həbsdən azad edilib.

Djb.az konkret.az-a istinadən xəbər verir ki, onkoloji xəstəliyi ilə əlaqədar müalicə olunan V.Muradov barədə məhkəmə tərəfindən humanist qərar qəbul edilib və barəsindəki həbs qətimkan tədbiri dəyişdirilərək müalicəsinə şərait yaradılıb.

Qeyd edək ki, “Azərxalça” ASC-nin İdarə Heyətinin sədri vəzifəsində işləmiş Muradov Vidadi Aydın oğlunun qanunsuz əməlləri ilə əlaqədar Baş Prokurorluğa daxil olmuş materiallar əsasında aparılmış araşdırma nəticəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Oxunub: 414
Oxşar xəbərlər
SON XƏBƏRLƏR