dini radikalizm və ekstremizmlə mübarizə

İsmayıllıda iki azyaşlı uşağı olan qardaşı arvadını ölümlə hədələyən şəxs saxlanılıb

İsmayıllıda iki azyaşlı uşağı olan qardaşı arvadını ölümlə hədələyən şəxs saxlanılıb

İsmayıllı rayonunda iki azyaşlı uşağı olan qardaşı arvadını döyərək ölümlə hədələyən şəxs saxlanılıb.

Djb.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov APA-nın sorğusuna cavab olaraq bildirib ki, hadisəni törədən İlham Məmmədov saxlanılıb və izahatı alınıb.

Faktla bağlı İsmayıllı Rayon Polis Şöbəsində araşdırma davam edir. Təyin olunan ekspertizanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək.

Qeyd edək ki, hadisə ilə bağlı ötən gün vəkil Rövşanə Rəhimli məlumat yaymışdı.

Mütəmadi olaraq qaynı tərəfindən döyüldüyü iddia olunan qadın rayon polis şöbəsinə müraciət etmişdi.

Oxunub: 341
Oxşar xəbərlər
SON XƏBƏRLƏR