dini radikalizm və ekstremizmlə mübarizə

Rafael Cəbrayılov həbsdə vəfat etdi

Rafael Cəbrayılov həbsdə vəfat etdi

Milli Məclisin həbsdə olan sabiq deputatı Rafael Cəbrayılov vəfat edib.

Djb.az qafqazinfo.az-a istinadən xəbər verir ki, bu barədə "Report"a onun yaxınları məlumat verib.

O, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Müalicə Müəssisəsində koronavirusdan dünyasını dəyişib.

Qeyd edək ki, o, deputat olarkən ayrı-ayrı şəxslərə torpaq sahəsinə mülkiyyət hüquqlarının dövlət qeydiyyatından keçirilməsi barədə çıxarışın alınmasında köməklik göstərəcəyi, eləcə də digər məqsədlərlə yalan vədlər verərək 11 nəfər şəxsin ümumilikdə 2 milyon 571 min manat məbləğində pul vəsaitini dələduzluq yolu ilə ələ keçirərək mənimsəməkdə ittiham edilirdi.

Oxunub: 613
Oxşar xəbərlər
SON XƏBƏRLƏR