dini radikalizm və ekstremizmlə mübarizə

Şabranda kanaldan naməlum kişi meyiti aşkarlanıb

Şabranda kanaldan naməlum kişi meyiti aşkarlanıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Vəlvələçay-Taxtakörpü kanalında (Şabran rayonunun Gəndov kəndi) aşkarlanan naməlum kişi meyitinin çıxarılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub.

Djb.az xəbər verir ki, FHN-dən APA-ya verilən məlumata görə, müraciətlə əlaqədar nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu əraziyə cəlb olunub.

Həyata keçirilən tədbirlər nəticəsində meyit kanaldan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Oxunub: 1 518
Oxşar xəbərlər
SON XƏBƏRLƏR