dini radikalizm və ekstremizmlə mübarizə

Balakən sakinindən 4 kq narkotik götürülüb

Balakən sakinindən 4 kq narkotik götürülüb

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində külli miqdarda narkotik vasitənin qanunsuz dövriyyəsinin qarşısı alınıb.

Djb.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-ya verilən məlumata görə, əldə edilən məlumat əsasında keçirilən əməliyyat zamanı rayonun Gərəkli kənd sakini Ramazan Maqamedov tutulub. Onun üzərində şəxsi axtarış aparılan zaman 24 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb. Davam etdirilən əməliyyat tədbirləri ilə R.Maqamedovun Mahamalar kəndindəki evinə də baxış keçirilib və oradan sellofan torbada 4 kiloqram qurudulmuş marixuana aşkarlanıb.

Faktla bağlı Balakən Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, zəruri istintaq tədbirləri davam etdirilir.

Oxunub: 674
Oxşar xəbərlər
SON XƏBƏRLƏR