dini radikalizm və ekstremizmlə mübarizə

Mingəçevirdə avtomobil qaz borusuna çırpılıb

Mingəçevirdə avtomobil qaz borusuna çırpılıb

Mingəçevirdə minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı qaz borusuna çırpılıb.

APA-nın məlumatına görə, hadisə axşam saatlarında Samux küçəsində baş verib.

1990-cı il təvəllüdlü sürücü Əzimli Sahil Nüsrət oğlunun idarə etdiyi "BMW" markalı minik maşını yol kənarındakı maneələrə, o cümlədən qaz borusuna çırpılıb. Qəza zamanı xəsarət alan sürücüyə hadisə yerində tibbi yardım göstərilib.

İlkin məlumata görə, qaz borusu zərər görsə də, ötürücülük qabiliyyətini itirməyib.

Faktla bağlı araşdırma aparılır.

Oxunub: 1 010
Oxşar xəbərlər
SON XƏBƏRLƏR