dini radikalizm və ekstremizmlə mübarizə

DİN: Səbail RPİ-nin rəisi Cavid Muradovun istefa verməsi barədə məlumatlar həqiqəti əks etdirmir

Baxış Sayı:201

DİN: Səbail RPİ-nin rəisi Cavid Muradovun istefa verməsi barədə məlumatlar həqiqəti əks etdirmir

Bəzi Kütləvi İnformasiya Vasitələrində (KİV) Səbail rayon Polis İdarəsinin rəisi, polis polkovniki Cavid Muradovun istefa ərizəsi yazaraq işdən azad olunması ilə bağlı məlumatlar yayılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, bəzi KİV-də yayılan həmin məlumatlar həqiqəti əks etdirmir: "Polis polkovniki Cavid Muradov hazırda Səbail rayon Polis İdarəsinin rəisidir və o, vəzifəsini icra edir. Onun istefa ərizəsi yazması ilə bağlı yayılanlar bəzi jurnalistlərin fərziyyəsindən başqa bir şey deyil".

Qeyd edək ki, polis polkovniki Cavid Muradov bir neçə gün əvvəl həbs edilən "Azərxalça” ASC-nin İdarə heyətinin sabiq sədri Vidadi Muradovun oğludur.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR