dini radikalizm və ekstremizmlə mübarizə

"Uşağı doğrayın, heç kimə qismət olmasın!” - Ermənilərin Kəlbəcər vandalizmi

"Uşağı doğrayın, heç kimə qismət olmasın!” - Ermənilərin Kəlbəcər vandalizmi


Qədim bir dövrdə mübahisə edən iki qadın körpə uşaqla çar Süleymanın yanına gəlir. Qadınların hər biri uşağın valideyini olduğunu iddia edir. Kimin yalan, kimin doğru olduğunu aydınlaşdırmaq üçün Süleyman uşağı yarıya böldürməyi təklif edir. Əlbəttə ki, çar uşağı öldürməyi düşünmür, bunu qadınları imtahan etmək məqsədi ilə deyir. Zənənlərdən biri dərhal səslənərək bildirir: “Uşağı doğrayın, heç kimə qismət olmasın” digər qadın isə: “Yaxşısı budur körpəni başqasına verin amma öldürməyin”.

Beləliklə Süleyman onlardan hansının əsl ana olduğunu dəqiqləşdirir. Minilliklərdən gələn bu misalı elə belə çəkmədim. Bu gün ermənilər işğaldan azad olunan Azərbaycan ərazilərini tərk edərkən evləri, məktəbləri yandırır, ağacları kəsərək təbiətə ziyan vurur, ərazini viran edir, vandalizm aktlarına əl atır, çünki qəlblərində anlayırlar ki, bu torpaq bu vətən onlara məxsus deyil. 1992-93 cü illəri yada salaq, erməni separatçılarının soyqırım törətməsi nəticəsində dədə- baba torpaqlarını, Qarabağı tərk edən azərbaycanlılar o zaman nə bir ev yandırdı, nə də ki, digər bir əmələ əl atdı, amma erməni mənfurları işğal nəticəsində yurdumuzdakı tikililəri, mədəniyyət abidələrini yerlə yeksan etdi.

Bu gün Qarabağdan didərgin düşən qaçqınlarımızın əksəriyyətində tərk etdikləri evlərinin açarı var, çünki bilirdik ki, nə vaxtsa yenidən torpağımıza qayıdacağıq, onu əkib becərəcəyik, vətənimizi dirçəldəcəyik. Birdə ki, mənfur, vandal qonşularımız işğaldan azad olunan ərazilərdə özününküləşdirdikləri alban məbədlərindən “narahat olmasınlar”. Azərbaycan multikultural və çoxkonfessiyalı bir ölkədir. Burada yəhudilər, xristianlar, müsəlmanlar və digər dinlərin nümayəndələri bərabər hüquqda və əmin-əmanlıq içində çiyin-çiyinə yaşayır və ibadət edir. Tanrının köməyi ilə işğaldan azad olunan bütün məbədlərimizdə Şəhidlərimizin ruhuna dualar-ibadətlər təşkil olunar.

Oxunub: 431
Oxşar xəbərlər
SON XƏBƏRLƏR