dini radikalizm və ekstremizmlə mübarizə

Üç gün əvvəl yanıq xəsarəti alan Ucar sakini vəfat edib

Üç gün əvvəl yanıq xəsarəti alan Ucar sakini vəfat edib

Ucarda 3 gün əvvəl yanıq xəsarəti alan rayon sakini ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Qaracallı kəndində baş verib. Belə ki, kənd sakini, 1962-ci il təvəllüdlü Xasməmməd Qoca oğlu Kərimov təbii qazın evə sızması nəticəsində baş verən yanğında ağır yanıq xəsarətləri alıb. Məlumata görə, X. Kərimov səhər saatlarında evdə siqaret yandırmaq istəyərkən alışqandan istifadə edib. Borudan evə sızan qaz bu vaxt alışıb.

O, əsasən üz nahiyəsindən ağır yanıq xəsarətləri alıb. Zərərçəkən ağır yanıq xəsarətləri ilə Bakıda yerləşən xəstəxanaların birinə yerləşdirilsə də, ötən gün axşam saatlarında ölüb.

Fakt araşdırılır.

Oxunub: 436
Oxşar xəbərlər
SON XƏBƏRLƏR