dini radikalizm və ekstremizmlə mübarizə

Tovuzda yük maşını aşıb, ölən və yaralananlar var

Tovuzda yük maşını aşıb, ölən və yaralananlar var

Tovuzda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə rayonun Əlimərdanlı kəndində qeydə alınıb.

1965-ci il təvəllüdlü Alıyev Aliq Qəmbər oğlu idarə etdiyi daşla dolu “KamAZ” markalı yük maşınını aşırıb. Nəticədə rayonun Aşağı Mülkülü kənd sakini, 1982-ci il təvəllüdlü Əsgərov Elburus Cəmil oğlu hadisə yerində ölüb. Aşağı Mülkülü kənd sakinləri - sürücü,1989-cu il təvəllüdlü Əmrahov Amil Nazimoğlu,1991-ci il təvəllüdlü Əmrahov Emil Nazimoğlu və daha 2 nəfər isə xəsarət alıb. Onlardan birinin xəsarəti yüngül olduğundan hadisə yerində müayinə olunaraq evə buraxılıb. Digər yaralılar xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, yaralılar deformasiyaya uğramış avtomobildən FHN-in xilasediciləri tərəfindən çıxarılıb.

Hadisənin başvermə səbəbləri araşdırılır.

Oxunub: 398
Oxşar xəbərlər
SON XƏBƏRLƏR