dini radikalizm və ekstremizmlə mübarizə

XİN-in sabiq vəzifəli şəxsi ilə bağlı QƏRAR VERİLDİ

Baxış Sayı:109

XİN-in sabiq vəzifəli şəxsi ilə bağlı QƏRAR VERİLDİ

Səbail Rayon Məhkəməsində Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edilən, XİN-in İşlər idarəsinin sabiq müdiri, Nazirliyin Tender Komissiyasının sabiq sədri Fərhad Mollazadənin barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması ilə bağlı vəsatətinə baxılıb.

APA-nın məlumatına görə, hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, F.Mollazadənin vəsatəti təmin edilməyib.

Qeyd edək ki, F.Mollazadə Dövlət Təhlükəsizliyi Xidmətinin Xarici İşlər Nazirliyində keçirdiyi əməliyyat zamanı saxlanılıb.

F.Mollazadə vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, rüşvət almaqda təqsirli bilinib.

Səbail Rayon Məhkəməsinin qərarı ilə barəsində dörd aylıq həbs qətimkan tədbiri seçilib.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR