dini radikalizm və ekstremizmlə mübarizə

Elnarədən polis bölməsinə aparılması ilə bağlı AÇIQLAMA - "Etirazımı bildirdim"

Elnarədən polis bölməsinə aparılması ilə bağlı AÇIQLAMA - "Etirazımı bildirdim"

Əməkdar artist, tanınmış xanəndə Elnarə Abdullayeva karantin qaydalarını pozduğuna görə post-patrul xidməti əməkdaşları tərəfindən saxlanılması barədə yayılan xəbərlərə aydınlıq gətirib.
KONKRET.az xəbər verir ki, Abdullayeva “Ölkə.Az”-a açıqlamasında bildirib ki, yayılan xəbər kiçik anlaşılmazlığın nəticəsidir:

“Televiziya kanallarının birinin Şamaxıda çəkilişi olmalıydı və mən də dəvət edilmişdim. Ancaq postdan keçərkən tələb edilən rəsmi icazə alınmadığına görə yüngülvari problem yarandı. Mən də bu barədə telekanalın əməkdaşlarına etirazımı bildirdim. İşi görəndə bütöv görmək lazımdır. Elə ona görə də həmin çəkilişə getməkdən imtina etdim və evimə qayıtdım. Onsuz da elə yeddi aydır ki, evimdə oturmuşam da”.

Qeyd edək ki, əməkdar artistin Bakı-Şamaxı yolundakı Pirəkəşkül postunda saxlanıldığı bildirilirdi. Əməkdar artist Şamaxıya getmək istəyərkən, sözügedən postda polis əməkdaşları tərəfindən saxlanılıb. Ona postu keçməyə icazəsi olmadığı bildirilsə də, xanım müğənni etiraz etməyə başlayıb.

Bundan sonra o, karantin qaydalarına əməl etməməsi səbəbindən polis bölməsinə aparılıb.

Oxunub: 860
Oxşar xəbərlər
SON XƏBƏRLƏR