» » Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.
Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

Hadisə Zabrat-Maştağa yolunda baş verib. Dörd minik avtomobilinin toqquşması ilə nəticələnən qəza nəticəsində 1 nəfər ölüb, 4 nəfər xəsarət alıb.

Yaralılar 3 saylı şəhər kliniki xəstəxanasına yerləşdiriliblər. Xəstəxanadan verilən xəbərə görə, onlardan birinin vəziyyəti ağır, üçünün vəziyyəti isə stabildir. Yaralılardan biri azyaşlı uşaqdır.

Məlum qəza səbəbindən Zabrat yolunda tıxac yaranıb.

Fövqəladə Hallar Nazirliyinin qəza ilə bağlı yayılan məlumatında ölən şəxsin 1972-ci il təvəllüdlü Elxan İlqar oğlu İbrahimov olduğu bildirilir. Xilasedicilər onun “VAZ” markalı minik avtomobilində sıxılıb qalmış cəsədini çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.
Oxşar xəbərlər
«    Yanvar 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031