dini radikalizm və ekstremizmlə mübarizə

TƏBİB "Azərişıq" ASC-nin güllə yarası almış əməkdaşının vəziyyəti barədə açıqlama verib

TƏBİB "Azərişıq" ASC-nin güllə yarası almış əməkdaşının vəziyyəti barədə açıqlama verib

TƏBİB Masallıda güllə yarası alan "Azərişıq" ASC-nin əməkdaşının vəziyyəti barədə məlumat verib.

TƏBİB-dən APA-ya verilən açıqlamaya görə, Ramal Sudeif oğlu Bağırovun vəziyyəti stabildir:

"R.Bağırov körpücük sümüyündən güllə yarası alıb. Lənkəran Rayon Mərkəzi Xəstəxanasında əməliyyat olunub, hazırda vəziyyəti stabildir".


Qeyd edək ki, Masallı rayonunda abonent "Azərişıq" ASC-nin 3 əməkdaşını odlu silahla yaralayıb.

APA-nın cənub bürosunun məlumatına görə, 1989-cu il təvəllüdlü Ayaz Mirzəbala oğlu Rəcəbov sol bazu sümüyünün odlu silahdan yaralanması, yumşaq toxumaların sıyrılması, 1990-cı il təvəllüdlü Orxan Mehman oğlu Baxşıyev isə sol əlin arxa səthinin odlu silahdan yaralanması diaqnozu ilə xəstəxanaya çatdırılıb.

Xəstəxanada lazımi tibbi yardım göstərilən A.Rəcəbov və O.Baxşıyev ambulator müalicə üçün evə buraxılıb.

İnsident zamanı "Azərişıq" ASC-nin digər əməkdaşı, 1983-cü il təvəllüdlü Ramal Sudeif oğlu Bağırov da ov tüfəngi ilə güllələnib. Hazırda onun müalicəsi Lənkəran Rayon Mərkəzi Xəstəxanasında davam etdirilir. Silahlı insidentin rayonun Yeddioymaq kəndində 1969-cu il təvəllüdlü Mansur Bəşir oğlu Şahmuradov tərəfindən törədildiyi məlum olub.

Oxunub: 441
Oxşar xəbərlər
SON XƏBƏRLƏR