» » Avtoqəzada xəsarət alan Sumqayıt sakini xəstəxanada keçinib

Avtoqəzada xəsarət alan Sumqayıt sakini xəstəxanada keçinib

Avtoqəzada xəsarət alan Sumqayıt sakini xəstəxanada keçinib
Sumqayıtda xəstəxanaya yerləşdirilən 22 yaşlı qadın təxminən iki ay yarımdan sonra ölüb.

Bu ilin martın 7-də Yardımlıya nişan mərasiminə gedən ailənin Masallı rayonunda qəzaya düşməsi nəticəsində ağır bədən xəsarətləri alan 1998-ci il təvəllüdlü Sumqayıt sakini Rəna Mahmudlu xəstəxanada dünyasını dəyişib.

Avtoqəzada xəsarət alan R.Mahmudlu həmin gün Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə aparılıb. İki aydan çox orada müalicə alan 22 yaşlı qadın ötən gün Sumqayıta gətirilərək Təcili Tibbi Yardım Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti ağırlaşan R.Mahmudlunu həkimlər xilas edə bilməyib və o bu gün xəstəxanada keçinib.

Faktla bağlı araşdırmalar davam etdirilir. //Apa.az
Oxşar xəbərlər
Faydalı keçidlər
Tumgiad.com.tr
«    Temmuz 2020    »
PtSaÇaPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031