dini radikalizm və ekstremizmlə mübarizə

Mingəçevirdə avtomobil 13 nəfəri vurub, 4 uşağın vəziyyəti ağır və orta ağırdır


Mingəçevirdə avtomobilin kütləyə çırpılması nəticəsində ağır və orta ağır xəsarət alan 4 nəfərin şəxsiyyəti məlum olub.

2015-ci təvəllüdlü Məmmədli Səccad Anar oğlu və 2010-cu il təvəllüdlü Salahzadə Ramal Habil oğlu kəllə-beyin travması alıb, vəziyyətləri ağırdır.

Səccad Məmmədlinin durumu daha ağırdır və onun Bakıdakı xəstəxanalardan birinə göndərilməsi nəzərdə tutulur. 2010-cu il təvəllüdlü Şirinov Nuran Nurcuma oğlu və 2105-ci il təvəllüdlü Dostməmmədov Mehdi Dostməmməd oğlunun vəziyyəti isə orta-ağır qiymətləndirilir.

Qeyd edək ki, bu gün Mingəçevirdə avtomobilin kütləyə çırpılması nəticəsində 10-u uşaq olmaqla, 13 nəfər xəsarət alıb. //Apa.az

Oxunub: 449
Oxşar xəbərlər
SON XƏBƏRLƏR