dini radikalizm və ekstremizmlə mübarizə

Göygöldə tank əleyhinə raket tapılıb


Mayın 18-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Göygöl rayonu, Çaylı kəndi ərazisində 1 ədəd hərbi sursatın tapılması barədə məlumat daxil olub.

ANAMA-dan APA-ya bildirilib ki, Agentliyin xüsusi mobil çevik əməliyyat və partladıcı axtaran xüsusi təlim keçmiş itlərdən ibarət kinoloji qrupları, Daxili İşlər Nazirliyinin Göygöl rayon Polis Şöbəsinin və Mərkəzi Xəstəxanasının Çaylı kənd Tibb Məntəqəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Göygöl rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həmin əraziyə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən mühasirəyə alınıb.

Əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd tank əleyhinə idarə olunmayan PQ-7L raketi aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Raketin ətrafında 500 kv.m əraziyə yerüstü, 200 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Oxunub: 427
Oxşar xəbərlər
SON XƏBƏRLƏR