dini radikalizm və ekstremizmlə mübarizə

Polis 4 rayonda əməliyyat keçirdi: Həbs olunanlar var


Bakıda polis narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı əməliyyat keçirib.

Xəzər rayon Polis İdarəsinin 1-ci polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində Bakı şəhər sakini, əvvəllər Cinayət Məcəlləsinin 234-cu (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə məhkum olunmuş Baba Pənahov saxlanılıb.

Üzərinə baxış keçirilərkən ondan 1, 850 qram narkotik maddə olan heroin aşkar edilərək götürülüb.

Bundan başqa, Abşeron rayon Polis İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında Novxanı qəsəbəsində yaşayan Fuad Nağıyevin evində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oradan narkotik vasitə olan heroin və metamfetamin, həyətyanı sahəsindən isə kultivasiya yolu ilə yetişdirilmiş 34 ədəd çətənə kolu aşkar edilib.

Oxşar əməliyyat Tərtər rayonunda da keçirilib.

Tərtər rayon polis şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında Poladlı kənd sakini T.Salahovanın həyətyanı sahəsində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oradan yabanı halda bitmiş 60 ədəd çətənə kolu aşkar edilərək məhv edilib.

Bundan başqa, Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Masallı rayon sakini İ.Qasımovdan müvafiq sənədləri olmayan nömrəsi silinmiş “TOZ-66” markalı ov tüfəngi, 3 ədəd patron götürülüb. //Konkret.az

Oxunub: 534
Oxşar xəbərlər
SON XƏBƏRLƏR