» » İsmayıllıda 38 yaşlı şəxs nənə və babasını qətlə yetirdi

İsmayıllıda 38 yaşlı şəxs nənə və babasını qətlə yetirdi


İsmayıllı rayonunda qətl hadisəsi törədilib.

Hadisə Bizlan kəndində qeydə alınıb.

Kənd sakini, 1982-ci il təvəllüdlü Qədirov Vüsal Şirvan oğlu ailə münaqişəsi zamanı babası, 1938-ci il təvəllüdlü Tapdıqov Zakir Şakir oğlunu və nənəsi, 1954-cü il təvəllüdlü Məmmədova Zərinə Balakamil qızının əl-qolunu bağlayaraq onları armaturla döyüb.

Nənə və babanı ağır işgəncə ilə qətlə yetirən Vüsal Qədirov sonra qardaşının evinə gedərək onu öldürmək istəyib. Vüsal qardaşının qaçdığını görərək onun evini yandırıb.

İsmayıllı Rayon Polis Şöbəsinin və Prokurorluq əməkdaşlarının keçirdikləri birgə əməliyyat-axtarış tədbirləri zamanı hadisəni törədən şəxs Bakıda tutularaq istintaqa təhvil verilib. Hadisənin mülk üstündə baş verdiyi bildirilir.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır. //Open.az
Oxşar xəbərlər
Faydalı keçidlər
Tumgiad.com.tr
«    Temmuz 2020    »
PtSaÇaPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031