dini radikalizm və ekstremizmlə mübarizə

Bu il aliment ödəməyən 38 şəxs barəsində cinayət işi başlanılıb

Bu il aliment ödəməyən 38 şəxs barəsində cinayət işi başlanılıb

“Aliment tələbləri ilə bağlı məhkəmə qərarlarının icrası çox həssasdır. Digər tərəfdən, valideynlik hüquqlarının həyata keçirilməsi ilə əlaqədar uşaqlarla ünsiyyətlə bağlı hərəkətlər ciddi nəzarətə götürülüb. Artıq alimentin nağdsıx şəkildə ödənilməsi məsələsi həll olunub”.

Bunu Ədliyyə Nazirliyinin onlayn mətbuat konfransında Nazirliyin İcra baş idarəsinin rəis müavini Fərid Əfəndiyev bildirib. Onun sözlərinə görə, “ASAN ödəniş” sistemi vasitəsilə ödəniş üçün müəyyən tədbirlər görülüb.

F.Əfəndiyevin sözlərinə görə, xüsusi karantin rejimi dövründə vətəndaşlar bəzən bəhanə gətirə bilər ki, çölə çıxa bilmirlər: “Bunu bəhanə edib məhkəmə qərarlarının icrasından yayınmağa da cəhd edənlər olub, təəssüf ki, belə hallar da mövcuddur. Lakin belə halların qarşısı alınıb. Bizim icra xidməti tərəfindən elə şəxslərlə bağlı həm məcburi gətirilmə tətbiq edilib, həm axtarılması haqqında qərarlar verilib. Onlar polis tərəfindən müvafiq qaydada şöbələrə təhvil verildikdən sonra barələrində müəyyən tədbirlər görülüb. O cümlədən, inzibati xəta haqqında prokollar verilib, hətta inzibati qaydada həbs belə olub. Bundan başqa, bir sıra borclu barədə hətta ölkədən getmə hüququnun məhdudlaşdırılması tətbiq edilib. Həmçinin, bəzi borclularla bağlı, əsasən alimentlə bağlı məhkəməm qərarları icra etməməklə bağlı idi. Hətta cinayət məsuliyyətinə cəlb etmək üçün inzibati qaydada təqdimatlar verilib. Qeyd edim ki, aliment ödənməməsi ilə bağlı bu ilin I rübündə 38 şəxs barəsində cinayət işi başlanılıb”. //apa.az

Oxunub: 476
Oxşar xəbərlər
SON XƏBƏRLƏR