dini radikalizm və ekstremizmlə mübarizə

Saray qəsəbə sakini avtomobilində dünyasını dəyişib

Saray qəsəbə sakini avtomobilində dünyasını dəyişib

Abşeron rayonunun Saray qəsəbə sakini öz avtomobilində dünyasını dəyişib.

Bu barədə Trend-ə hüquq-mühafizə orqanlarından məlumat verilib. Bildirilib ki, Abşeron rayon, Saray qəsəbə sakini 1950-ci il təvəllüdlü M. Abbasov "VAZ 2107" markalı 10 EC 666 dövlət nömrəli avtomobildə Saray qəsəbəsindən Sumqayıt şəhəri istiqamətində hərəkət edib.

Saray qəsəbəsi ilə Sumqayıt şəhəri arasında qurulmuş buraxılış məntəqəsinin yaxınlığında sürücünün halı pisləşib və o sükan arxasında dünyasını dəyişib. Avtomobildə M.Abbasov ilə bərabər onun 1979-cu il təvəllüdlü oğlu Z.Abbasov da olub.
İlkin məlumata görə, M.Abbasov qaraciyər çatışmazlığından əziyyət çəkib, uzun illər dializ xəstəsi olub. O evdən 1 saylı Sumqayıt Şəhər Xəstəxanasına getmək üçün çıxıb.

Faktla bağlı Abşeron prokurorluğunda araşdırma aparılır.

Oxunub: 456
Oxşar xəbərlər
SON XƏBƏRLƏR