dini radikalizm və ekstremizmlə mübarizə

Bakıda 39 yaşlı kişi qonşusunu bıçaqladı

Bakıda 39 yaşlı kişi qonşusunu bıçaqladı

Bakıda qonşular arasında dava bıçaqlanma ilə nəticələnib.

Open.az xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonu, Zirə qəsəbəsi, Südçülük sovxozunda baş verib.

Qəsəbə sakini 1981-ci il təvəllüdlü Rəhimov Seymur Adıgözəl oğlu qonşusu, 1965-ci il təvəllüdlü Əliyev Dadaş Bəybala oğlu ilə mübahisə edib. Mübahisə davaya çevrilib və nəticədə S.Rəhimov D.Əliyevi bıçaqlayıb. Yaralı xəstəxanaya yerləşdirilib və əməliyyat olunub. Hadisəni törətməkdə şübhəli bilinən S.Rəhimov saxlanılıb, istintaqa verdiyi ifadəsində törətdiyi cinayəti etiraf edib.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.

Oxunub: 418
Oxşar xəbərlər
SON XƏBƏRLƏR