dini radikalizm və ekstremizmlə mübarizə

17 yaşlı yeniyetmə 18 yaşlını ürəyindən bıçaqladı

17 yaşlı yeniyetmə 18 yaşlını ürəyindən bıçaqladı

Gəncə şəhərində 18 yaşlı oğlanı bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

Bu barədə "Qafqazinfo"ya DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

Bildirilir ki, martın 31-də saat 17 radələrində Gəncə şəhər sakini 18 yaşlı Anar Əliyevin qarnının və ürəyinin daxilinə keçən kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya gətirilməsi barədə Gəncə şəhər Kəpəz Rayon Polis idarəsinə daxil olan məlumatla əlaqədar hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb.

Həyata keçirilən istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Gəncə şəhər sakini, 17 yaşlı İ.Allahverdiyev saxlanılıb. İlkin araşdırmalar zamanı hadisənin şəxsi münasibətlər zəminində baş verdiyi müəyyən olunub.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb. Hazırda cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Oxunub: 423
Oxşar xəbərlər
SON XƏBƏRLƏR