dini radikalizm və ekstremizmlə mübarizə

Dələduzluqda təqsirləndirilən bələdiyyə sədrinin sabiq müavininə bəraət verilib

Dələduzluqda təqsirləndirilən bələdiyyə sədrinin sabiq müavininə bəraət verilib

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda və rüşvətdə təqsirləndirilən Quliyev Samir Nizami oğlunun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Vəkil Vasif İsarfilovun APA-ya verdiyi məlumata görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, S.Quliyevin barəsində verilən ittihamlar təsdiqini tapmadığından ona bəraət verilib.

Qeyd edək ki, S.Quliyev “Bulaq2” MTK-da tikinti işləri üzrə direktor vəzifəsində çalışıb. İş üzrə 27 nəfər zərərçəkmiş şəxs var. Sahil Quliyevə qarşı Cinayət Məcəlləsinin dələduzluq və rüşvət verməyə təhrik etmə maddələri ilə ittiham irəli sürülüb.

Elmira Şirinova ''Bulaq-2'' Mənzil Tikinti Koperativinin rəhbəri olub. MTK Binəqədi rayonu Cəfər Xəndan küçəsində çoxmərtəbəli bina inşa etdirib.

O, 2015-ci ildə təhvil verilməli olduğu binanı vaxtında inşa etməyib. Bundan əlavə isə mənzilləri 2-3 nəfərə satıb.

Elmira Şirinovanın əməlləri Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən araşdırılıb.

Onunla əlbir olmaqda suçlanan Samir Quliyev də cinayət məsuliyyətinə cəlb edilib.

Samir Quliyev mərhum Elmira Şirinovanın nəvəsinin keçmiş həyat yoldaşıdır. S. Quliyev bir neçə ay MTK-da Elmira Şirinova ilə çalışıb. Mənzil satışında baş verən problemlərdən sonra Sahil Quliyev Elmira Şirinova ilə işinə son qoyub. Həmçinin 2014-cü ildə isə E.Şirinovanın nəvəsindən boşanıb. MTK-dakı fırıldaqlarla vağlı məlumatlar isə 2015-ci ildən mətbuatda dərc edilir.

Onu da qeyd edək ki, Samir Quliyev həmçinin 2009-2014 ildə Binəqədi bələdiyyəsi sədrinin müavini olub.

Oxunub: 463
Oxşar xəbərlər
SON XƏBƏRLƏR