dini radikalizm və ekstremizmlə mübarizə

Hacıqabulda minik maşını yük maşını ilə toqquşub, ölən var

Hacıqabulda minik maşını yük maşını ilə toqquşub, ölən var

Hacıqabulda baş verən avtoqəzada bir nəfər ölüb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə səhər saat 05:00 radələrində Bakı-Qazax magistralının Hacıqabul rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Ağdam sakininin idarə etdiyi “VAZ 2115” markalı avtomobil hərəkətdə olan “KamAZ” markalı avtomobilə çırpılıb. Nəticədə minik avtomobilində olan sürücünün əmisi oğlu - Ağdam rayon sakini, 1983-cü il təvəllüdlü İmanov Çingiz Bəylər oğlu hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Oxunub: 411
Oxşar xəbərlər
SON XƏBƏRLƏR