dini radikalizm və ekstremizmlə mübarizə

Yeni ailə quran qadın “Net" içib özünü öldürmək istədi

Yeni ailə quran qadın “Net" içib özünü öldürmək istədi

Qaxda yenicə ailə quran qadın özünü zəhərləyib.

Hadisə rayonun Turaclı kəndində baş verib. 1996-cı il təvəllüdlü kənd sakini Orucova Əfsanə Rüfət qızı “Net" təmizləyici vasitəsini içib. O, dərhal yaxınları tərəfindən Qax Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Tibb müəssisəsində Ə.Orucovaya yardım göstərilib. Hal-hazırda vəziyyətinin ağır olduğu bildirilir.

Ə.Orucovanın həmin yuyucu vasitəni hansı səbəbdən içdiyi hələlik məlum deyil.

Qeyd edək ki, Ə.Orucova 2-3 ay əvvəl ailə həyatı qurub./qafqazinfo

Oxunub: 442
Oxşar xəbərlər
SON XƏBƏRLƏR