dini radikalizm və ekstremizmlə mübarizə

Bakıda avtoyuma məntəqəsində çalışan şəxs müştərinin avtomobili ilə iki qadını vurub

Bakıda avtoyuma məntəqəsində çalışan şəxs müştərinin avtomobili ilə iki qadını vurub

Bakıda iki nəfərin xəsarət alması ilə nəticələn yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə paytaxtın Yasamal rayonu, T. Xəlilbəyli küçəsində yerləşən avtoyuma məntəqəsinin qarşısında baş verib.

Həmin avtoyuma məntəqəsində işləyən Astara rayon sakini, 1997-ci il təvəllüdlü Seymur Xanhüseynzadə avtoyumaya verilmiş Gürcüstan vətəndaşına məxsus "Nissan X-Trail" markalı avtomobili sürərkən yolda olan 1945-ci il təvəllüdlü Səidə Məhərrəmova və 1950-ci il təvəllüdlü Lalə Axundovanı vurub.

Hər iki qadın aldıqları zərbədən xəsarət alıblar və xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı Cinayət Məcəlləsinin 263-cü( yol istismar qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanıb.

Oxunub: 409
Oxşar xəbərlər
SON XƏBƏRLƏR